Azərbaycanla Böyük Britaniya arasında anlaşma menorandumu imzalanıb
Azərbaycanla Böyük Britaniya arasında anlaşma menorandumu imzalanıb.
Crossmedia.az- xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X"də yazıb.
"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə enerji əməkdaşlığımızın inkişafı ilə bağlı məhsuldar görüş keçirdik. Görüş zamanı Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti (#GECO) və Xlinks arasında #sualtı kabel layihələri və əlaqəli #infrastruktur sahəsində əməkdaşlıq imkanlarını araşdırmaq, məlumat mübadiləsi aparmaq və texniki qiymətləndirmələr aparmaq üçün Anlaşma Memorandumu imzalandı", - o bildirib.

13:35 08.12.2025
Oxunuş sayı: 1084