Bərdədə qidadan zəhərlənən ailə üzvlərinin vəziyyəti açıqlanıb
Bərdədə qidadan zəhərlənən ailə üzvlərinin vəziyyəti açıqlanıb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) Crossmedia.az-ın sorğusuna cavab verilib:
"07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub. Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda bildirilib.
Ayhan
12:26 08.12.2025
Oxunuş sayı: 858