Abşeron Mərkəzi Xəstəxanasında pasiyentlər üçün yeni xidmət istifadəyə verilib
"Abşeron Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərin müraciət prosesini daha rahat və operativ təşkil etmək məqsədilə qeydiyyat bölməsində yeni "Həkimdən həkimə yönləndirmə" xidməti istifadəyə verilib".
Crossmedia.az-ın məlumatına görə, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova "Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar" mövzusundakı təlimdəki çıxışında deyib.
Z.Ədilova diqqətə çatdırıb ki, yeni sistem vətəndaşların təkrar elektron növbə götürmədən bir həkimin qəbulundan digər ixtisaslı həkimin qəbuluna birbaşa keçidini təmin edir:
"Xidmət xüsusilə fizioterapiya göndərişləri zamanı daha geniş tətbiq olunur. Belə ki, vətəndaş ilkin olaraq elektron növbə alaraq ixtisaslı həkimin qəbuluna daxil olur. Əgər həkim pasiyenti fizioterapiyaya yönləndirirsə, vətəndaş yenidən qeydiyyat və növbə prosedurlarından keçmədən "Həkimdən həkimə yönləndirmə" masasından birbaşa xidmətə yönləndirilir.
11:55 08.12.2025
Oxunuş sayı: 1009