Vətəndaşlar bank sektorundakı təhlükəsizlikdən razıdır?- Sorğu
Hazırda ölkəmizdə bank sektorundan narazı olanların sayı artmaqdadır. Vətəndaşlar kredit şərtlərinin sərf faizlərin isə yüksək olduğunu deyirlər. Banklar isə buna cavab olaraq bildirirlər ki, son illərdə ciddi inkişaf qeydə alınıb və faiz dərəcələri beynəlxalq standartlara uyğundur. Bəs insanlar bank xidmətlərindən və tətbiq olunan faiz siyasətinə nə dərəcədə razıdır?
Crossmedia.az komandası bu barədə vətəndaşlar arasında sorğu keçirib:
V1:
- Mən bank kartlarının fəaliyyətindən çox razıyam. Heç bir problemlə, dələduzluq halları ilə qarşılaşmamışam indiyə qədər.
V2:
-Bank kartlarından, həm razıyam, həm də narazıyam. Razı olduğum səbəblər budur ki, mən kapital işlədirəm və burada heç komissiya tutulmur, amma yeni qərar əsasında kartdan bankomattan pul çəkərkən komissiya tutulacaq. Bu da təbii ki, yaxşı bir hal deyil.
V3:
-Mən bank xidmətlərindən çox razıyam və heç vaxt dələduzluqla rastlaşmamışam.
V4:
-Mən əslində bank kartlarından həm razıyam, həm də narazıyam. Bunun bəzi səbəbləri var. Bəzən karta pul daxil olanda ona ödəniş edirəm, lakin pul mənim kartıma gec köçürülür. Bu cəhətdən narazıyam. Amma bank kartlarından həm də razı olduğum cəhətlər də var.
V5:
- Mən dələduzluqla qarşılaşmışam. Keçən ay pensiya kartımdan 101 manat çəkildiyini gördüm. Bilmirəm bu necə olur. Mən yaşlı adamam. Başqa bir karta köçürdəndə yüksək faizlər tuturlar. Kartlarda bu yüksək faizlərin tutulmağına etiraz edirəm. Bu hakerlərin camaatın pensiya kartlarına girməsinə etiraz edirəm.
V6:
- Bank kartlarından narazıyam, çünki bəzən olur ki, pul vəsaiti köçürdükdə gecikmələr olur. Həmin hesaba gec oturur pul. Dələduzluqla da hələ indiyə nə qədər qarşılaşmamışam.
V7:
- Dələduzluq qabağıma çıxmayıb. Amma kartlarda ola bilər köçürmələrdə bir az problemlər olur, amma məndə bir problem olmayıb.
Sorğumuzdan bu nəticəyə gəldik ki, bankların fəaliyyəti hələ də istifadəçiləri tam razı sala bilməyib və vətəndaşların fikirləri arasında qeyri-bərabərlik mövcuddur.
Səriyyə Tağıyeva,
Pərvin Hacıyeva
19:48 07.12.2025
Oxunuş sayı: 1752