Bakıya yağış yaraşırmı?- Vətəndaşlar danışdı
Yağışın fəsadları hər dəfə şəhərdə gündəm olur və insanların beynində haqqlı sual yaranır. Görəsən, Bakı yağışa hazırdırmı?
Keçən günlərdə Bakıda yağan güclü yağış şəhərin bir çox küçələrində hərəkəti çətinləşdirib. Qısa müddətdə yağan yağıntı yolların su altında qalmasına, tıxacların yaranmasına səbəb olub. Bəzi ərazilərdə kanalizasiya xətləri yağışı götürmədiyi üçün sular həyət və keçidlərə dolub. Sürücülər və piyadalar hərəkət etməkdə çətinlik çəkib.
Crossmedia.az-ın komandası mövzu batədə vətəndaşlar arasında sorğu keçirib:
V1:
- Ölkəmiz üçün yağış çox lazımdır, vacibdir. Dənizin quruması, çaylarımızın quruması quraqlığa səbəb olur. Bilirik ki, gələcəkdə bu b,izim təbiətə, meyvəmizə, qidalarımıza hamısına ziyandır.
V2:
- Yolda çox problemlər olur. Universitetə gələnə kimi gördüm ki, ayağımın yarısı islanıb. Gödəkçəm islanıb. Ondan sonra Bakının kanalizasiya sistemləri yaxşı işləməyib. Bir az yağış yağan kimi tunelləri su basır.

-Bir dəfə ayağım bütün su olmuşdu və geri qayıtmışdım. Məktəbə də gedə bilməmişdim. Bakının bir hissəsi hündürdür, bir hissəsi isə aşağı, yəni sular axır, kanalizasiya yerləri tam dolmayanda artıq gölməçə kimi bir problemlər yaradır.
-Şəhərimizin kanalizasiyaları yağış yağarkən pis vəziyyətə qalır. Şəhərimizi sular basır və demək olar ki, məktəblərə, kolleclərə və universitetə gedib - gəlmək olmur.
Sakinlərin cavabından bu nəticəyə gəldik ki, güclü yağıntılar Bakıda hər dəfə eyni mənzərəni ortaya çıxarır. Yağış bir neçə saat davam etdikdə yolların su altında qalması, tıxaclar və kanalizasiya problemləri yenidən gündəmə gəlir və bu da şəhərin belə hallar qarşısında hazırlıqsız olduğunu göstərir.
Səriyyə Tağıyeva,
Pərvin Hacıyeva
17:20 07.12.2025
Oxunuş sayı: 1358