Azərbaycana gətirilən bəzi energetik içkilərdə təhlükəli maddə tapılıb
Azərbaycana idxal olunan "Nitro Max" energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Belə ki, laborator sınaqların nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin tərkibində istifadə olunan və qida məhsullarında istifadəsinə icazə verilməyən sildenafil maddəsi aşkar edilib.
Ümumi sayı 4800 ədəd olan energetik içki xüsusi poliqonda məhv edilib.
Qeyd edək ki, sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər.
18:26 04.12.2025
Oxunuş sayı: 1632