Azərbaycan-Əfqanıstan ədliyyə əməkdaşlığını müzakirə edib
Əfqanıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Muhəmməd Faysal Azərbaycanın ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovla görüşüb.
Crossmedia.az-ın məlumatına görə, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Məlumata görə, görüş zamanı əfqanıstanlı məhbuslar məsələsi və ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib.

13:25 04.12.2025
Oxunuş sayı: 2171