Bu gün Binəqədinin bir hissəsində işıq olmayacaq
Bu gün saat 10:00-dan 15:00-dək Binəqədi kəndi ətrafında yerləşən yeni yaşayış massivləri, birinci, ikinci mədən adlanan yaşayış ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) məlumat yayıb.
Bildirilib ki, fasiləyə səbəb Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 3 dekabr tarixində 6 kV-luq "Binəqədi-1" və "Binəqədi-2" hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi işlərinin aparılmasıdır.
"Təmir-təftiş və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.
09:10 03.12.2025
Oxunuş sayı: 1203