Bəzi ərazilərdə yağıntılı hava şəraiti müşahidə olunur
Dekabrın 1-i saat 19:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Belə ki, Şahbuz, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Mingəçevir, Tərtərdə arabir yağış yağır.
Yevlax, Sabirabad, Zərdab, Şərur, Sədərək, Şamaxı, Qobustan, Balakəndə duman müşahidə olunur. Dumanda görünüş 200 metrədək məhdudlaşır.
19:15 01.12.2025
Oxunuş sayı: 1244