Yasamal rayonunda əlilliyi olan vətəndaşlar ziyarət olunub
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə mühüm sosial təşəbbüs irəli sürərək rayon ərazisində yaşayan əlilliyi olan vətəndaşların ailələrini ziyarət edib.
Crossmedia.az xəbər verir ki, əlilliyi olan vətəndaşlar və onların ailələri göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
17:46 01.12.2025
Oxunuş sayı: 1427