Mərkəzi Elmi Kitabxananın “İnformasiya bülleteni”nin bu ilin üçüncü sayı işıq üzü görüb
Nəşrin bu nömrəsində MEK-ə 2025-ci ilin üçüncü rübü ərzində daxil olmuş Azərbaycan və xarici dillərdə kitablar, dövri və ardı davam edən nəşrlər, avtoreferatlar üzrə biblioqrafik məlumatlar təqdim olunur.
Crossmedia.az xəbər verir ki, bununla yanaşı, kitabxanaya hədiyyə edilən yeni kolleksiyalar və mövcud fondlara əlavə olunmuş sənədlər haqqında məlumatlar da müvafiq bölmələrdə öz əksini tapıb. Nəşrin sonunda iyul–sentyabr ayları ərzində MEK-də keçirilən tədbirlərin xronologiyası və həmin tədbirlərin yayımlandığı mənbələrə dair QR kodlar verilib. Bu say MEK-in Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevanın “Rəqəmsal bilik xəzinəsinə doğru” adlı məqaləsi ilə açılır. Məqalədə 100 illik tarixə malik Mərkəzi Elmi Kitabxanada həyata keçirilən yeniliklər, elektronlaşma və rəqəmsallaşma prosesləri, oxucu xidmətində tətbiq olunan innovativ yanaşmalar və digər mövzulardan bəhs edilir.
15:45 01.12.2025
Oxunuş sayı: 1143