Yanğınlarla bağlı ölüm statistikası açıqlanıb – RƏSMİ
Cari il ərzində respublika ərazisində çoxmənzilli yaşayış binalarında 114 yanğın faktı qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, sözügedən yanğınlar nəticəsində 6 nəfər həyatını itirib.
“40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb”,- qurumdan əlavə edilib. (Trend)
14:26 24.11.2025
Oxunuş sayı: 3452