Bu universitet rektoru tenderə 1 milyon manatdan çox vəsait xərclədi - SİYAHI
Fuad Hacıyevin rektor olduğu "Azərbaycan İdman Akademiyası" PHŞ-nin bu il ərzində bağladığı tenderlərlə bağlı araşdırma aparılıb. Heç bir rayonda, bölgələrdə filialı olmayan Akademiya bu il ərzində müxtəlif tenderlər üzrə 1 milyon manatdan çox vəsait xərcləyib. 2025-ci il üçün Akademiyada 7,284 tələbə təhsil alır, onlardan 771 nəfəri qızdır. Akademiyada 297 professor-müəllim çalışır, o cümlədən 4 elmlər doktoru, 34 elmlər namizədi-professor, 9 professor, 20 elmlər namizədi dosent, 20 dosent, 293 müəllim və baş müəllim fəaliyyət göstərir.
Crossmedia.az bağlanmış tender müqavilələrinin siyahısını təqdim edir:
Toyota Absheron Center MMC – Toyota avtomobillərinə servis xidməti – 1.250,35 AZN
Transevrokom MMC – 400 mb/s optik internet xidməti – 22.800 AZN
ULTRA TECHNOLOGİES MMC – Maşın və avadanlıqlar – 250.559,43 AZN
TC2 Labs LLC – TC2-19 Body Scanner üçün 1 illik lisenziya – 4.250 AZN
OFİS-A.M. MMC – Tədbirlərdə istifadə üçün içməli su – 4.307 AZN
PREMYER PRODAKŞİN MMC – Novruz bayramı tədbiri – 10.453,62 AZN
KONVEN MMC – Qazanxana və havalandırma sistemlərinin servisi – 47.270 AZN
FİRE GROUP MMC – Yanğından mühafizə xidməti – 4.224,99 AZN
CARGO.AZ MMC – Təmizlik xidməti – 1.000 AZN
Azərinşaatlayihə Dövlət Baş Layihə-konstruktor və Texnoloji İnstitutu – Liftin metal konstruksiyasının müayinəsi – 15.200 AZN
AZ Texno Engineering MMC – Qazanxana üçün su nasosu – 2.501,6 AZN
VIVA MEDICAL GROUP MMC – Tibbi avadanlıqlar və sərfiyyatlar – 72.154,71 AZN
SİNAM MMC – SERP proqram təminatına texniki dəstək – 16.992 AZN
NUR-E.A. MMC – Mətbəə məhsulları – 56.425,6 AZN
TEXNOPARK AS MMC – İdman malları – 68.814,06 AZN
Education in Azerbaijan MMC – Xarici tələbələrin cəlb olunması və beynəlxalq əlaqələr – 103.250 AZN
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi – Ekspertiza işləri – 1.011,38 AZN
PLAGİAT.PL MMC – Plagiat yoxlaması və texniki dəstək – 4.838 AZN
Azpetrol Ltd. MMC – Yanacaq alışı – 54.400 AZN
MAİN SUPPLY MMC – İzolyasiya malları – 12.388,94 AZN
BEST TECH MMC – Kartric, toner və ehtiyat hissələri – 61.554,7 AZN
OFİS-A.M. MMC – Bədii tərtibat işləri üçün elementlər – 14.956,5 AZN
Firuzə Əsgərzadə – Güllər – 3.700 AZN
Tenderlər üzrə ümumi xərclənən məbləğ: 1.035.048,38 AZN. (32gun.az)
20:32 22.11.2025
Oxunuş sayı: 3925