Cəmiyyətlərin ən acı reallığı-uşaq zorakılığı
Azyaşlı qızlara qarşı seksual zorakılıq müasir cəmiyyətlərin ən acı və utandırıcı reallıqlarından biridir. Bu cür cinayətlər təkcə uşağın fiziki toxunulmazlığını pozmur, həm də onun gələcək həyatına, psixoloji sabitliyinə, özünə inamına və cəmiyyətə olan münasibətinə dərin, bəzən isə ömürboyu sağalmayan yaralar açır. Uşaqlıq, təhlükəsizlik və qayğı ilə yadda qalmalı olan dövr, belə hallarda qorxu, təhdid və susdurulma ilə əvəz olunur. Hər bir uşaq üçün normal, sakit və xoşbəxt keçməli olan günlər, bəzi hallarda əksinə, həyatın ilk dərslərindən biri olan qorxu və inamsızlıq dərslərinə çevrilir. Bu, həm ailə, həm cəmiyyət, həm də dövlət üçün ciddi siqnal və çağırışdır.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən "Caspian International Business Services" (CIBS) təlim mərkəzinin təsisçisi, “Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın mütəxəssis profayleri, biznes təlimçi Təbriz Hacınski bildirib ki, cəmiyyətin bu cür hallara münasibəti birmənalıdır:

“Ümumiyyətlə, biz belə halları qəbul etməyə meyilli deyilik. Bu nə bizim mental dəyərlərimizə, nə dini dəyərlərimizə uyğundur, nə də dünyanın heç bir ölkəsində normal qarşılanır. Azərbaycanda isə bu kimi hadisələr xüsusilə sərtdir. İctimai qınaq yüksək səviyyədədir, belə davranışlar nə indi, nə də gələcəkdə qəbul ediləcək. Cəmiyyət bu məsələlərin üzərinə ciddi şəkildə gedir və hər zaman da gedəcək".
Mehriban Yariyeva
20:23 20.11.2025
Oxunuş sayı: 1168