Şuşada yeni yaşayış binalarının tikintisinə start verilir
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Şuşa şəhərində də bərpa və quruculuq işləri davam edir.
Crossmedia.az xəbər verir ki, Bu çərçivədə şəhərin D-3 massivində ikinci mərhələ üzrə 7 yeni yaşayış binasının tikintisi planlaşdırılıb və layihə üzrə hazırlıq işlərinə artıq başlanılıb.
Məlumata görə, ərazidə paralel olaraq abadlaşdırma işləri də aparılacaq. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tikintini həyata keçirəcək şirkətin seçilməsi prosesini davam etdirir. Layihənin dəyəri təxminən 36,7 milyon manat olaraq qiymətləndirilir.
18:30 20.11.2025
Oxunuş sayı: 1135