Valideynlər, diqqət: Telefon və rəqəmsal mühitin uşaqların dünyagörüşünə mənfi təsir edir
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə deyib ki, Azərbaycanda uşaqlar üçün ayrıca reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulub.
Onun sözlərinə görə, ölkədə reabilitasiya xidmətlərinə ən çox ehtiyacı olanlardan böyük qismi uşaqlardır:
"Bu səbəbdən ölkədə uşaqlar üçün ayrıca reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulub. Onların ehtiyacı olan bütün müalicələrin həyata keçirilməsi ilə bağlı addımlar atılacaq. Sözügedən uşaqlar ya anadan gəlmə, ya da genetik xəstəliklərdən əziyyət çəkirlər”.
Sözügedən təklif barədə Azərbaycan Tibb Universitetinin dosenti Aydın Əliyev Crossmedia.az-a açıqlama verib: "Təbii ki, bu layihə uşaqlar üçün nəzərdə tutulub. Hamımız bilirik ki, uşaqların özünəməxsus dünyası, psixoloji və ruhi aləmi var. Onların müalicə və reabilitasiya prosesində yalnız həkimlərin işi kifayət etmir – onlar üçün yaradılan düzgün mühit də bu prosesin uğurlu olmasına ciddi töhfə verir. Bu baxımdan görülən və planlaşdırılan işlərin xeyirli olacağına şübhə yoxdur. Allah bu fəaliyyətə xeyir versin. Uşaqların reabilitasiyaya böyük ehtiyacının olduğu da hamımıza məlumdur. Xəstəliklərlə yanaşı, telefon və rəqəmsal mühitin uşaqların dünyagörüşünə vurduğu mənfi təsirləri də bilirik. Bu səbəbdən bu layihə ümumilikdə çox xeyirli və vacib bir addımdır”.
Sevil Sultanlı
17:01 20.11.2025
Oxunuş sayı: 1031