Azərbaycanda dövlətə məxsus çörəkbişirmə müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişir
"Azərtaxıl" Dövlət Şirkətinin "Azərçörək" İstehsalar Birliyinin 18 saylı çörəkbişirmə müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişərək "Techaz Services and Supply" MMC-yə çevrildiyini elan edib.
Crossmedia.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, 18 saylı çörəkbişirmə müəssisəsi 2004-cü ildə dövlət qeydiyyatına alınıb.
10:15 18.11.2025
Oxunuş sayı: 1398