Maştağa və Ramanının bir hissəsində işıq olmayacaq
Bu gün saat 11:00-dan 13:00-dək Bakının Maştağa Sovxoz və Ramana Daş karxanaları yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə Crossmedia.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada təmir-təftiş və sınaq işləri aparılacaq.
İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
09:22 17.11.2025
Oxunuş sayı: 1095