Azərbaycanda bu ilin 9 ayında 45 minə yaxın ölüm qeydə alınıb
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 45 minə yaxın ölüm qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, sözügedən aylar ərzində ölkədə 44 min 409 ölümhalı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artıb.
15:18 14.11.2025
Oxunuş sayı: 1309