Azərbaycanda bu ilin 10 ayında 424 mindən artıq “ASAN İmza” sertifikatı verilib
Bu ilin yanvar-oktyabr aylarnda Azərbaycanda 424 853 "ASAN İmza" elektron imza sertifikatı verilib.
Bu barədə Crossmedia.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 % azdır.
Hesabat dövründə "ASAN İmza"lar 275,862 müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 14,7 % azdır.
"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.
Sertifikatlar 3 il etibarlıdır.
12:08 14.11.2025
Oxunuş sayı: 1259