Sumqayıtda 600 abonentin qazı müvəqqəti kəsiləcək
Sumqayıt şəhərində 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib. Bildirilib ki, mövcud qaz sayğaclarının yeni xətt üzərinə köçürülməsi ilə əlaqədar noyabrın 12-də saat 12:00-dan etibarən Sumqayıt şəhərinin Corat qəsəbəsindəki "dörd yol" adlanan ərazidə 600 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək. (Report)
11:00 12.11.2025
Oxunuş sayı: 1027