İqtisadçı: Nəqliyyatda gedişhaqqı anlayışı gündəmdən çıxarılmalıdır
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında deyib ki, Azərbaycanda xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlər tətbiq edilməlidir.
Bu, adı çəkilən kateqoriyadan olan şəxslərlə bağlı tətbiq edilən güzəşt kimi qiymətləndirilməsinə baxmayaraq, məsələnin iqtisadi tərəfini də unutmaq olmaz.

ReAL partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bu barədə Crossmediaz-a bildirib ki, “Azərbaycanda nəqliyyatın ödəniş sistemi köklü şəkildə dəyişdirilməlidir: "Gedişhaqqı anlayışı ümumiyyətlə gündəmdən çıxarılmalıdır. Bunun əvəzinə günlük, həftəlik, aylıq və illik abunə biletləri tətbiq edilməlidir. Bu halda vətəndaş üçün nəqliyyatdan istifadə daha sərfəli olacaq. Həmçinin, şagirdlər, tələbələr və təqaüdçülər üçün xüsusi güzəştlər nəzərdə tutulmalıdır. Bu, dünyanın əksər ölkələrində uğurla tətbiq edilən təcrübədir”.
Sevinc Sultanlı
15:59 07.11.2025
Oxunuş sayı: 1318