Növbəti iki gün Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki,bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bİldirilib ki, Azərbaycanın rayonlarında noyabrın 4-dən 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
12:30 03.11.2025
Oxunuş sayı: 1437