TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 3-də 349 milyon 849 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə Crossmedia.az TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 6,71 % azdır.
Kipoi çıxış nöqtəsindən noyabrın 4-dən noyabrın 10-dək hər gün üçün 348 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu, oktyabrın 28-29-na olan sifariş göstəriciləri ilə müqayisədə 7,19 %, oktyabrın 30-u - təxminən 7,18 %, oktyabrın 31-i - 7,19 %, noyabrın 1-i - təxminən 5,93 %, noyabrın 2-i - ilə müqayisədə isə təxminən 4,64 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən noyabrın 3-dən noyabrın 10-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən noyabrın 3-dən noyabrın 10-dək hər gün üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 3-də 288 milyon 332 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 27-nə olan sifariş göstəriciləri ilə müqayisədə 7,73 % azdır.
Bu çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 4-dən 10-dək hər gün üçün 287 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 28-ə olan sifariş göstəriciləri ilə müqayisədə 8,15 %, oktyabrın 29-na və 30-na nisbətən isə 8,58 %, azdır.
Eyni zamanda, Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 31-nə olan sifariş göstəriciləri ilə müqayisədə 7,55 %, noyabrın 1-nə - 6,03 %, noyabrın 2-nə nisbətən isə təxminən 4,47 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
11:45 03.11.2025
Oxunuş sayı: 1436