Azərbaycan Qırğızıstanda milyonluq enerji layihəsinə start verir
Azərbaycan Qırğızıstanda kiçik su elektrik stansiyasının tikintisinə investisiya yatıracaq.
Crossmedia.az xəbər verir ki, Bişkek şəhərində Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun Altıncı Şurasının iclası keçirilib. Tədbirdə hər iki ölkənin dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
İclasda tərəflər Oş vilayətinin Kara-Kulca rayonunda Kulun çayı üzərində gücü 5,4 MVt olan kiçik su elektrik stansiyasının tikintisinə dair 5,2 milyon ABŞ dolları dəyərində investisiya layihəsini təsdiqləyiblər.
Fidan Quliyeva
23:00 31.10.2025
Oxunuş sayı: 2028