Hövsanda bu gün qaz olmayacaq
 
                                            Suraxanı rayonu, Hövsan QTM-də (Qaz Tənzimləyici Məntəqə) aşkar olunmuş qaz sızmalarının ləğv olunması ilə əlaqədar 31.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, "Azəriqaz"dan verilən məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
09:43 31.10.2025
Oxunuş sayı: 1537
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        