Dumanda görünüş 200 metrədək məhdudlaşıb

Daşkəsən, Gədəbəy, Naftalan, Zaqatala, Qax (Sarıbaş), Şəki, Şamaxı, Xızı, Qusar, Quba və Göyçayda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağa qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 30, Lerikdə 20, Oğuzda 8, Zaqatalada 7, Yardımlıda 6, Qubada 5, Xızı, Bakı və Abşeron yarımadasında 4, Qəbələ və Şabranda 3, Zərdabda 2, Yevlax, Neftçala, Balakən, Göyçay, Qax (Sarıbaş), Şəki, İsmayıllı, Şamaxı, Qusar, Sabirabadda 1 mm olub.
09:22 18.10.2025
Oxunuş sayı: 1252