Hava yağmursuz keçir

Oktyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Crossmedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 6-da bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Xızıda 20, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.
10:54 07.10.2025
Oxunuş sayı: 2848