Oktyabrın 5-nin hava proqnozu açıqlanıb

Havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Crossmedia.az xəbər verir kız Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, lakin əsasən yağmursuz olacağı gözlənilir. Havanın temperaturu gecə 15-17°, gündüz 20-25° isti olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman müşahidə oluna bilər. Temperatur gecə 11-16°, gündüz 20-25°, dağlıq ərazilərdə isə gecə 4-8°, gündüz 10-15° isti olacaq.
Ümumilikdə, ölkə ərazisində sabit və mülayim payız havası gözlənilir.
08:28 05.10.2025
Oxunuş sayı: 3836