Axar-Baxar Milli Parkının Acınohur çölünə 11 baş ceyran buraxılıb


"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində yeni yaradılmış Axar-Baxar Milli Parkının Acınohur çölünə 11 baş ceyran buraxılıb.
Crossmedia.az xəbər verir bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və WWF-in dəstəyi ilə 2010-cu ildən başlanılmış həmin layihə çərçivəsində bugünədək Şirvan Milli Parkından 407 baş ceyran götürülərək müxtəlif ərazilərə reintroduksiya olunub.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında” müvafiq Sərəncamı ilə Qax, Samur və Yevlax rayonlarının ərazisində 23901,99 hektar sahədə Axar-Baxar Milli Parkı, Qax və Zaqatala rayonlarının ərazisində 13 min 966 hektar sahədə isə İlisu Milli Parkı yaradılıb.
Xidmət rəsmisi onu da qeyd edib ki, 2024-cü ildə həyata keçirilən məməli heyvanların payız sayımı zamanı Acınohur çölündə 500 başdan çox ceyran qeydə alınıb.
19:14 03.10.2025
Oxunuş sayı: 3347