Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah bəzi rayonların avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 3-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
15:32 02.10.2025
Oxunuş sayı: 3009