Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil edilib
27
Sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və
Mənzil İnşaatı Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad
qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Crossmedia.az-a verilən məlumata görə aksiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, həmçinin hər iki qurumun nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
23:26 26.09.2025
Oxunuş sayı: 5374