Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanda sentyabrın 21-i səhərədək gözlənilən küləkli
hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Naxçıvan MR, Kəlbəcər, Gəncə, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir,
Tovuz, Daşkəsən, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Neftçala, Yevlax, Mingəçevir,
Bərdə, Tərtər, Neftçala, Ağcabədidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti
20.8-28.4 m/san-dək güclənəcək. Bu narıncı xəbərdarlığa uyğundur.
Əksər rayonlarda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin
sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu isə sarı xəbərdarlığa uyğundur.
17:48 19.09.2025
Oxunuş sayı: 4026