Bəzi rayonlara leysan yağıb

Qusar (Laza), Daşkəsən, Gədəbəy, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə sentyabrın 5-i saat 10:00-a olan məlumata əsasən, qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Bu barədə Crossmedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Qusar (Laza), Daşkəsən, Gədəbəy, Sədərək, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3 mm-dək qeydə alınıb.
Ölkənin bir sıra ərazilərində arabir şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsəndə 23 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib.
10:58 05.09.2025
Oxunuş sayı: 963