İsmayıllıda elektrik enerjisinin verilişində fasilə yaranacaq

İsmayıllı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110 kV-luq "Qəbələ-1" hava xəttində sentyabrın 2-də gücləndirmə işləri həyata keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək elektrik enerjisində məhdudiyyət yaranacaq.
Rayonun Buynuz, İstisu, Qalacıq, Sumağallı, Topçu kəndlərində, eləcə də bir sıra sahibkarlıq obyektləri də bura daxildir.
09:34 02.09.2025
Oxunuş sayı: 921