Özümüzü maqnit qasırğasından necə qorumalıyıq? - Həkim açıqladı

Alimlər günəş plazmasının planetə doğru atılması ilə əlaqədar sentyabrın 2-də Yer kürəsində güclü maqnit qasırğalarının olacağını proqnozlaşdırırlar. Təbii ki, bu da özlüyündə meteohəssas insanlar üçün problemlər yarada biləcək bir haldır.
Ümumiyyətlə, maqnit qasırğaları insan sağlamlığı üçün təhlükəlidir. Ancaq təbiətə qarşı gəlmək də mümkün deyil. Elə isə özümüzü necə qorumalıyıq?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən həkim, tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov bu kimi halların xüsusi qruplara aid insanlara daha ciddi təsir göstərdiyini qeyd edib: “Xüsusi qrup insanlar var ki, bu, onlara daha çox pis təsir edir. Bu qrupa təzyiq, ürək-damar sistemində problemi olan insanlara bu daha pis təsir edir. Məsləhət olardı ki, günəş yerə yaxın olan zaman insanlar, xüsusilə uşaqlar və yaşlılar küçəyə gəzməsinlər.”
O, həmçinin belə qasırğaların əsasən qan dövranı xəstəlikləri və yüksək təzyiqdən əziyyət çəkən insanlarda daha çox müşahidə olunduğunu bildirib: “Qan dövranı ilə bağlı xəstəliklər və yüksək təzyiqdən əziyyət çəkən insanlarda bu hallara daha çox rast gəlinir,” – deyə o qeyd edib.
Elmir Heydərli
23:49 01.09.2025
Oxunuş sayı: 1053
