Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Crossmedia.az xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb.
Bildirilir
ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 29.08.2025-ci il saat
10:00-dan etibarən Sabunçu və Qaradağ rayonlarının bəzi ərazilərinin qaz təchizatı
dayandırılacaq.
Təmir
işləri aparılan müddətdə Kürdəxanı qəsəbəsinin, Zabrat qəsəbəsinin Yeni Sahə və
Badamlıq yaşayış massivlərinin və Lökbatan qəsəbəsinin bir hissəsinin qaz təchizatında
müvəqqəti fasilə yaranacaq.
22:06 28.08.2025
Oxunuş sayı: 960