Monitorinqlər çərçivəsində 20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cari ilin iyul ayından etibarən mikrobioloji göstəricilər üzrə sınaq nəticələrində uyğunsuzluq müəyyən edilən su emalı müəssisələrində və su aparatlarında yoxlamalar aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, su istehsalı müəssisələrindən 39, yol kənarlarında
və binaların həyətlərində quraşdırılmış modul tipli su aparatlarından 47 nümunə
götürülərək, laborator müayinələrə cəlb edilib.
Yoxlama zamanı 20 su emalı müəssisəsindən və bir su
aparatından götürülmüş içməli su nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.
Eyni zamanda yoxlamalar zamanı bir sıra müəssisələrdə sanitar-gigiyenik tələblərin
pozulduğu müəyyən edilib.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə
nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkarlar
barəsində inzibati tədbirlər görülüb.
17:48 28.08.2025
Oxunuş sayı: 1053