Azərbaycana göndərilməli olan yoluxmuş ağac materiallarının qarşısı alındı

Rusiyanın “PİLS Qrup” şirkəti tərəfindən Azərbaycana göndərilmək üçün hazırlanmış iynəyarpaqlı ağac materiallarında yoluxma aşkar edilib. Ümumi həcmi 100 kubmetr olan məhsulda böyük qara ladin böcəyinin əlamətləri tapılıb.
Crossmedia.az bildirir ki, yoxlama və laboratoriya analizi zamanı partiyanın bir hissəsinin bu zərərverici ilə yoluxduğu müəyyən olunub. Söhbət ladin, şam, küknar və digər iynəyarpaqlı ağacların qabığı ilə qidalanan böcəkdən gedir. Şirkətə qanunvericiliyə uyğun olaraq cərimə tətbiq olunub.
11:18 27.08.2025
Oxunuş sayı: 724