Azərbaycanlı Nayara Energy şirkətinin baş direktoru təyin edildi

Hindistanın iri neft emalı şirkəti Rusiyanın payı olan Nayara Energy rəhbər dəyişikliyi edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Sentyabr ayından etibarən şirkətə SOCAR-ın maliyyə direktoru Teymur Abasquliyev rəhbərlik edəcək.
Şirkətin əvvəlki rəhbəri Alessandro des Dorides, Avropa İttifaqının Nayara Energy-ni sanksiya siyahısına daxil etməsindən sonra vəzifəsindən ayrılıb.
Hindistanın neft emalı gücünün təxminən 8%-ni idarə edən Nayara Energy hazırda yanacaq logistikası və xam neftin tədarükündə ciddi çətinliklərlə üzləşir.
Xumar Emilqızı
11:15 27.08.2025
Oxunuş sayı: 709