Dübəndi-Sumqayıt-Siyəzən-Şirvanovka boru kəməri ilə neft nəqlinin həcmi açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Dübəndi-Sumqayıt-Siyəzən-Şirvanovka boru kəməri ilə 1,378 milyon ton neft nəql edilib.
Bu barədə Crossmedia.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 min ton və ya 2,3% çoxdur.
Belə ki, 2024-cü ilin ilk altı ayında sözügedən boru kəməri ilə 1,346 milyon ton neft nəql edilmişdi.
Ümumilikdə, hesabat dövründə neft boru kəməri nəqliyyatı ilə cəmi yük daşımalarının həcmin 18,513 milyon ton olub. Bu isə bir il əvvəlki göstəriciyə nisbətən 725,6 min ton və yaxud 3,8% azalma deməkdir.
17:31 25.08.2025
Oxunuş sayı: 805