"Mişni” və “Alxaslı" KSES-lərdə indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

"Mişni” və “Alxaslı" KSES-lərdə indiyədək istehsal edilən elektrik enerjisinin həcmi məlum olub.
Crossmedia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, ümumi gücü 8,25 MVt olmaqla hər biri 4,125 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Mişni” KSES-də istismara verildiyi tarixdən 38,4 milyon kVt-st elektrik enerjisi istehsal edilib.
Eyni zamanda ümumi gücü 6,0 MVt olan, hər biri 3,0 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Alxaslı” KSES-də isə istismara verildiyi tarixdən iyulun 1-dək 25,6 milyon kVt-st elektrik enerjisi istehsal olunub.
Xatırladaq ki, 2023-cü il avqustun 25-də Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyaları istismara verilib.
Qeyd edək ki, kiçik su elektrik stansiyalarında "yaşıl enerji" istehsal edilir.
10:57 25.08.2025
Oxunuş sayı: 684