Bu günə olan hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində avqustun 24-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.
09:03 24.08.2025
Oxunuş sayı: 559