Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Crossmedia.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 22-də 35/6 kV-luq 89 saylı yarımstansiyada yeni transformator şəbəkəyə qoşulacaq. 94 saylı yarımstansiyada isə yeni güc mənbəyi quraşdırılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Binəqədi Şosesi, "Zəngəzur" obyektinin ətrafında olan yaşayış masivlərində, saat 11:00-dan 14:00-dək Vulkan dağı ətrafında yerləşən yeni yaşayış masivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Gücləndirmə işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
10:27 22.08.2025
Oxunuş sayı: 1228