Bu gün hava necə olacaq?

Avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-24, gündüz 27-32 dərəcə isti olacaq.
Crossmedia.azxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
08:51 18.08.2025
Oxunuş sayı: 1053