Bakı, Qubadlı və İmişlidə ağaclar qanunsuz kəsilib, 71 750 manat ziyan dəyib

Son bir həftə ərzində Bakı, Qubadlı və İmişlidə ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb, 71 750 manat ziyan dəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik
Xidməti məlumat yayıb.
Məlumata görə araşdırma zamanı Bakı şəhərinin Yasamal
rayonu, Vasif Əliyev küçəsi, 165 ünvanında, Qubadlı rayonu Hal kəndi və İmişli
rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 750
manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış
materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
18:23 15.08.2025
Oxunuş sayı: 1569