Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,18 % artaraq 67,98 ABŞ dolları təşkil edib.
Crossmedia.az xəbər verir ki, hərracların nəticələrinə görə,
“Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 68,07 ABŞ dolları təşkil
edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light”
markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,12 ABŞ dolları və ya 0,18 %
artaraq 66,44 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta
qiyməti 70 ABŞ dollarından hesablanıb.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti
2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin
iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli”
(AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir.
Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
09:36 12.08.2025
Oxunuş sayı: 1565