Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinin həftəsonunadək davam edəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında fasilələrlə qısamüddətli leysan
xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qazax-Gəncə, Balakən-Şəki,
Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində
yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda
sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin
bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında avqustun 12-dən 13-nə keçən
gecə və səhər arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində
yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
17:29 11.08.2025
Oxunuş sayı: 673