“İsmayıllı-2” KSES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

“İsmayıllı-2” Kiçik Su Elektrik Stansiyası (KSES) istismara verildiyi tarixdən indiyədək 30,6 milyon kVt. st elektrik enerjisi istehsal edilib.
Bu barədə Crossmedia.az Energetika Nazirliyinə istinadən xəbər verir.
Belə ki, 2016-ci ilin 10 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “İsmayıllı-2” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışı olub.
Hər birinin gücü 527 kilovat olan üç hidroaqreqatdan ibarət stansiyanın ümumi gücü 1581 kilovatdır.
"Stansiyada istismara verildiyi tarixdən 1 iyul tarixinədək ümumilikdə 30,6 milyon kVt. st elektrik enerjisi istehsal edilib", - məlumatda vurğulanıb.
Qeyd edək ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.
10:39 10.08.2025
Oxunuş sayı: 1077