Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə Crossmedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə şərq küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Goranboyda 19, Naftalanda eləcə də Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb.
11:16 09.08.2025
Oxunuş sayı: 761